Haber: İlker ÇAKAN
Azerbaycanlı Şair Muhtar Ahmet İsmailoğlu yazdığı şiirlerinde Cumhuriyetimizin kurucucu Mustafa Kemal Atatürk’e hayranlığını dile getiriyor. Şair Muhtar Ahmet İsmailoğlu’nun Azeri dilinde Atatürk’le ilgili yazdığı şiirleri şöyledir;
ULU ÖNDƏR, BÖYÜK FATEH ATATÜRK
Oyatdın minillik yatmış qeyrətin,
Qovuşdurdun xoşbəxtliyə milləti,
Ulu öndər, böyük fateh Atatürk!
Adın-sanın dağa-daşa yazılacaq,
İgidlərin yaddaşına yazılacaq,
Bayrağın da başı üstə asılacaq,
Ulu öndər, boyük fateh Atatürk!
Tələləri öz əlinlə qurdun sən,
Od ələdin başı üstə qurdun sən,
Divan tutdun, bircə-bircə qırdın sən,
Ulu öndər böyük fateh Atatürk!
Qeyrətini təpələr də unutmaz,
Dənizlər də, ləpələr də unutmaz,
Beşikdəki körpələr də unutmaz,
Ulu öndər, böyük fateh Atatürk!
Muxtar Əhməd İsmayıloğlu
ATASISAN, ATATÜRK
Beşikdə gülən körpənin,
Atasısan, Atatürk.
Çiçək tək solan körpənin,
Atasısan, Atatürk.
Daş qoyub hasar hörənin,
Yadı külə döndərənin,
Vətən üçün közərənin,
Atasısan, Atatürk.
Yaddaşa hopdu öyüdün,
Göyərir hər gün ümidin,
Doğulan hər bir igidin,
Atasısan, Atatürk.
Muxtar Əhməd İsmayıloğlu
Cihad eylədi zülmətə,
Çatmaq üçün ədalətə,
Dünyanı saldı heyrətə,
Mustafa Kamal Atatürk.
Millətə qürur bəxş etdi,
İşıq ilə nur bəxş etdi.
Yaşamağa ruh bəxş etdi,
Mustafa Kamal Atatürk.
Doğma yurdu Vətən bildi,
Neçə yol öldü, dirildi,
Düşmənlərin bağrın dəldi,
Mustafa Kamal Atatürk.
Qaldırdı Türkün bayrağın,
Qorudu Türkün torpağın,
Qoymadı sönsün çırağı,
Mustafa Kamal Atatürk.
Muxtar Əhməd İsmayıloğlu